Logo

UEFA "Qalatasaray"ı cəzalandırdı

UEFA "Qalatasaray"ı cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qalatasaray" azarkeşləri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la səfər oyununa buraxılmayacaq.

Sfera.az UEFA-ya istinadən xəbər verir ki, qurum “Qalatasaray” azarkeşlərinə səfər oyunu üçün bilet satmağı qadağan edib. Klub həmçinin 40 min avro cərimələnib.

“Qalatasaray”ın cərimələnməsi və cəzalandırılması, azarkeşlərin fevralın 25-də Turində “Yuventus”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (əlavə vaxtdan sonra 2-3) davranışlarına görədir.

Belə ki, Turindəki matçda “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və iğtişaş yaradıblar.

Qeyd edək ki, "Liverpul" və “Qalatasaray” klublarının ilk oyunu martın 10-da Türkiyədə, cavab görüşü isə 8 gündən sonra İngiltərədə keçirəcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR