İdeal yuxu saatı belədir - TƏDQİQAT

Yeni bir araşdırma, bədəni qorumaq və metabolik problemlərdən qaçınmaq üçün ideal yuxu müddətinin nə qədər olması lazım olduğunu ortaya qoyub. Tədqiqat nəticələrinə görə, metabolik balansı qorumaq və insulinə daha yaxşı reaksiya vermək üçün ideal yuxu müddəti 7 saat 18 dəqiqədir.
Həmçinin, həftə sonları buraxılmış yuxunu kompensasiya etməyə çalışmanın bəzən əks təsir göstərə biləcəyi barədə də xəbərdarlıq edilib.
Sfera.az bir gecə yuxusunun faydaları ilə bağlı araşdırma nəticələrini təqdim edir: Həddindən artıq yuxu insulin müqavimətinə mənfi təsir göstərir BMJ Open Diabetes Research & Care jurnalında dərc olunan yeni bir tədqiqatda, gecə yuxusunun yalnız enerji toplamaq üçün deyil, həm də metabolik balansı qorumaq üçün vacib olduğu vurğulanır.
Tədqiqatçılar, Çindəki Nantong, Şanxay və Honkonq universitetlərindən 23.000-dən çox iştirakçının məlumatlarını təhlil edərək, yuxu müddəti ilə metabolik sağlamlıq arasında əlaqə qurublar. Tədqiqat nəticələri göstərir ki, 7 saat 18 dəqiqəlik yuxu müddəti ən yaxşı nəticəni verir. Bu müddətə qədər hər əlavə yuxu saatı metabolik sağlamlığı yaxşılaşdırır.
Lakin, bu həddi aşdıqda, yuxu müddətinin artması insulin müqavimətinin artması ilə əlaqələndirilir. Bu vəziyyət xüsusilə 40-59 yaş arası qadınlar və yetkinlər arasında daha çox təsir edir. Həftə sonları kompensasiya yuxusu: Bəzən faydalıdır, amma həddindən artıq olmamalıdır Tədqiqatın digər maraqlı nəticəsi isə həftə sonları yuxusunun “kompensasiya yuxusu” adlanan təsiridir. Həftə ərzində yuxusuz qalan insanlar üçün şənbə və bazar günləri əlavə bir və ya iki saat yuxu, metabolik göstəriciləri yaxşılaşdıra bilər.
Həftə ərzində tövsiyə olunan yuxu müddətini artıq aşan şəxslər üçün həftə sonları iki saatdan çox yatmaq, metabolik göstəricilərin pisləşməsi ilə əlaqələndirilir. Zəif qlükoza balansı yuxu pozğunluqları ilə əlaqəlidir Araşdırmanın digər vacib tapıntısı zəif qlükoza balansının həm qısa, həm də uzun yuxu müddətləri ilə əlaqəli olmasıdır.
Tədqiqatçılar bu vəziyyətin digər yuxu pozğunluqları və metabolik disbalanslara səbəb ola biləcəyini bildiriblər. Uzun və qısa yuxu müddətləri bədənin qlükoza idarəetmə qabiliyyətini zəiflədir və bu, insulin müqavimətinin artmasına gətirib çıxara bilər. Tədqiqatçılar, “normal yuxu rejimlərinin pozulması və bunun nəticəsində yaranan anormal yuxunun metabolik sağlamlığı daha da pisləşdirməsi” səbəbiylə bu halın ciddi problemlərə yol açdığını qeyd edirlər. Bu da göstərir ki, balanslı və davamlı yuxu rejimi metabolik sağlamlığın qorunmasında çox vacibdir.
Tədqiqat 2009-2023-cü illər arasında ABŞ-də aparılan Milli Sağlamlıq və Qidalanma Sorğularının (NHANES) məlumatlarına əsaslanır və kifayət qədər böyük bir nümunə ölçüsünü əhatə edir. Lakin tədqiqatçılar nəticələrin ehtiyatla şərh edilməli olduğunu vurğulayırlar. Çünki bu, müşahidə tədqiqatıdır və qəti səbəb-nəticə əlaqəsi müəyyən edilə bilməz. Yəni, bu nəticələr yalnız əlaqələri göstərir, amma əlaqələrin səbəbini təyin etmək mümkün deyil.
Mənsumə
Sfera.az
