“Atletiko Madrid” “Barselona”nı geridə qoydu
Kateqoriya məlum deyil
“Atletiko Madrid” Kral Kubokunun yarımfinal mərhələsində “Barselona”nı iki oyunun nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, Madriddə keçirilən ilk oyunda “Atletiko Madrid” 4:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda isə “Barselona” Mark Bernalın (29 və 72-ci dəqiqələr) və Rafinyanın (45+5, penalti) qolları sayəsində 3:0 hesabı ilə üstün olub. Lakin ümumi nəticəyə görə, Madrid klubu finala çıxmağı bacarıb.
Niyaz Hacıyev
Sfera.az






