"Çelsi" ilə müqaviləsinin 2030-dək uzatdı

"Çelsi" ilə müqaviləsinin 2030-dək uzatdı
Kateqoriya məlum deyil
T

“Çelsi”nin qadınlardan ibarət komandasının baş məşqçisi Sonia Bompastor klubla 2030-cu ilə qədər qüvvədə olacaq yeni müqavilə imzalayıb.

 

Sfera.az xəbər verir ki, klub bu barədə rəsmi açıqlama yayıb. 45 yaşlı mütəxəssis qərbi London təmsilçisindəki ilk mövsümündə komandanı ölkə daxilində treblə apararaq uğurlu nəticələrə imza atıb.

 

Buna baxmayaraq, yeni müqavilə “Çelsi”nin bazar günü çempionluq rəqibinə 5:1 hesabı ilə məğlub olmasından sonra rəsmiləşdirilib. Hazırda komanda Qadınlar Super Liqasında lider “Mançester Siti”dən 12 xal geri qalır. Klub rəhbərliyi Bompastora uzunmüddətli etimad göstərərək komandanın gələcək inkişafının məhz onun rəhbərliyi altında davam edəcəyinə inandığını nümayiş etdirib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ