Futbolçunun 21 yaşlı qızı ölü tapıldı

Futbolçunun 21 yaşlı qızı ölü tapıldı
Kateqoriya məlum deyil
T

Məşhur ispan futbolçusu İqnasio "Naço" Peres Santamaria və Moldovalı Tatyana Qalsenkonun 21 yaşlı qızı Kristina qəfildən vəfat edib. 

 

Sfera.az bildirir ki, gənc qız 3 fevralda Malaqa əyalətinin Kaleta de Velez şəhərindəki evində ölü tapılıb.
Gənc qadının ölümünün təbii səbəblərdən baş verdiyi güman edilir. Faciə yerində heç bir zorakılıq əlaməti müşahidə edilməyib.

 

Kristina bir vaxtlar “Sporting” və “Recreativo” komandalarında oynamış məşhur ispan futbolçusu Naço Perez və Tatyana Qalsenkonun ailəsində anadan olub.

 

14 yaşında moda sahəsində işləməyə başlayıb. O, Campoamor şousunda iştirak edib. Bundan sonra Kristina Perez Qalsenko məşhur brendlərin reklam kampaniyalarında çəkilmək üçün dəvətlər almağa başlayıb.

 

Mərhum London, Madrid, Milan, Paris və Çində podiumlarda, “Versace” və “Louis Vuitton” moda evləri ilə əməkdaşlıq edib. Podiumda və “Stradivarius” kimi brendlərin reklam kampaniyalarında məşhurlaşmadan əvvəl Kristina təhsilini uşaqlıqdan bəri məşğul olduğu bədii gimnastika ilə birləşdirib.

 

Qızlarının qəfil ölümü valideynləri üçün zərbə olub.

 

Kristinanın “İnstaqram” hesabları şəxsi olsa da, anası bəzən uşağının şəkillərini sosial mediada paylaşıb.

 

Xüsusilə də, ispan modelin bir neçə ay Malaqadan olan bir iş adamı ilə görüşdüyü məlumdur. Ailəyə yaxın mənbələr münasibətlərin sabit olduğunu və birgə layihə üzərində işlədiklərini iddia edirlər.

 

Aynil

Sfera.az

PAYLAŞ