Trampın Olimpiya Oyunları ilə bağlı “böyük planları" var

Trampın Olimpiya Oyunları ilə bağlı "böyük planları" var
Kateqoriya məlum deyil
T

ABŞ administrasiyası İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarını ölkənin “qlobal idmanda lider” kimi mövqeyini gücləndirmək baxımından əsas hadisə hesab edir.

 

Sfera.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi ABŞ Dövlət Departamentinin memorandumunda qeyd olunur ki, prezident Donald Trampın bu Olimpiya Oyunları ilə bağlı “böyük planları var”. Ağ Ev bu tədbir vasitəsilə ABŞ-ni beynəlxalq idmanda qlobal lider kimi təqdim etməyi və Vaşinqtonun “Amerikada idmanın on ili” adlandırdığı dövrə təkan verməyi hədəfləyir.

 

Həmin onillik ərzində ABŞ 2028-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına, 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına, eləcə də 2026-cı il FIFA Dünya Kubokuna ev sahibliyi edəcək. ABŞ-nin vitse-prezidenti Cey Di Vens (J.D. Vance) Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

 

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milandakı “San Siro” stadionunda baş tutacaq.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ