Bu gün Azərbaycan Premyer Liqasında növbəti tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
Sfera.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Turun açılış oyununda “Karvan-Yevlax” - Sumqayıt”ı qəbul edəcək.
Yevlax şəhər stadionunda təşkil olunacaq görüş saat 14:30-da start götürəcək.
Digər qarşılaşma isə “Qəbələ” və “İmişli” arasında baş tutacaq.
Qəbələ şəhər stadionunda reallaşacaq matçın start fiti saat 17:00-da səslənəcək.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
30 yanvar
14:30. “Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: İnqilab Məmmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu.
17:00. “Qəbələ” – “İmişli”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
