Logo

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ

Sabiq klubu Qurban Qurbanovu TƏBRİK ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın “Baltika” klubu sosial media hesablarında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasındakı tarixi uğurundan bəhs edən paylaşım edib.

Sfera.az xəbər verir ki, Kalininqrad təmsilçisi sabiq futbolçusunu pley-off mərhələsinə yüksəlməsi münasibətilə xüsusi postla təbrik edib:

"Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bəs bunun bizim klubla nə əlaqəsi var? Çox sadə: Ağdam komandasına “Baltika”nın keçmiş üzvü rəhbərlik edir!"

Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın formasını geyinib. O, bu klubun heyətində 14 rəsmi matçda meydana çıxaraq 1 qolla yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR