Logo

“Qarabağ” son yoxlama oyununda qələbə qazandı

"Qarabağ" son yoxlama oyununda qələbə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatıb.

Sfera.az xəbər verir ki, “köhlən atlar” sonuncu yoxlama oyununda Polşanın “Zaqlembe” komandası ilə qarşılaşıb.

Matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”dan Leandro Andrade, Abdullah Zubir və Joni Montiel fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl Özbəkistanın “Neftçi” klubunu 5:0, Xorvatiyanın “Osiyek” kollektivini isə 3:1 hesabı ilə üstələyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR