Logo

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ” U-19 komandasının 16 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.

Sfera.az xəbər verir ki, o, komandanın tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR