Tanınmış boksçu ağır qəzaya düşdü, ölənlər var - FOTO

Keçmiş boks çempionu Entoni Coşua Nigeriyada avtomobil qəzasına düşüb.
Sfera.az bildirir ki, çempionun olduğu “Lexus Jeep” avtomobili park edilmiş yük maşınına çırpılıb. Coşua xəsarət alıb, iki nəfər həlak olub.
Boksçu park edilmiş yük maşınına çırpılan “Lexus Jeep” avtomobilində arxa oturacaqda olub.
İnternetdə paylaşılan videoda keçmiş ağır çəkili boks çempionunun şüşə qırıntıları arasında köynəksiz oturduğu görünür.
Daha sonra o, təcili yardım maşınının ön oturacağında oturub rəsmilərlə danışarkən görülüb. Coşuanın yüngül xəsarətlər aldığı, digər iki nəfərin isə hadisə yerində öldüyü bildirilir.
Coşuanın bir dostu: “Vəziyyəti yaxşıdır, amma çox sarsılıb"-deyə bildirib.
"Heç kim nə qədər ziyan dəydiyini dəqiq bilmir, amma hamı dağıntılardan xilas ola bilib. Digərləri o qədər də şanslı deyildi, ona görə də bu, onun üçün travmatik bir hadisədir. Hal-hazırda o, məhz bunun öhdəsindən gəlməyə çalışır"- deyə boksçunun dostu əlavə edib.
Coşuanın promouteri Eddi Hern deyib:
“Ailəmlə tətildə idim. Yuxudan oyananda hadisə xəbərini eşitdim. Entoni ilə əlaqə saxlamağa çalışırıq və hələlik onun vəziyyəti barədə fərziyyə irəli sürmək istəmirik, amma xoşbəxtlikdən, fotolara əsasən, o, yaxşıdır. Hadisə ilə bağlı əlavə məlumat gözləyirik və daha ətraflı məlumat verəcəyik."
Məlumata görə, qəza baş verən zaman Coşua sürücünün və başqa bir sərnişinin arxasında əyləşib.
Aynil
