Logo

AFFA söyüş söydüyünə görə Sxadadzeni 4 oyunluq cəzalandırdı

AFFA söyüş söydüyünə görə Sxadadzeni 4 oyunluq cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadazeni cəzalandırıb.

Sfera.az xəbər verir ki, buna səbəb gürcüstanlı mütəxəssisin Misli Premyer Liqasında 16-cı turunda “Qarabağ”la oyundakı davranışı olub.

Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub, klubunu isə 10 min manat xərcə salıb.

Görüşdə heyətində 4 nəfər sarı vərəqə aldığından, “Qəbələ” 700 manat cərimə ilə üzləşib. Bundan başqa, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” 5000 manat cərimələnib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR