Məşhur futbolçu karyerasını başa vurur
Kateqoriya məlum deyil
"Bayern Munich"in yarımmüdafiəçisi Xabi Alonso karyerasını başa vurduğunu elan edib.
Sfera.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu Twitter səhifəsində bunları yazıb: "Bunu sevirdim. Onunla yaşayırdım. Əlvida, gözəl oyun".
Alonsonun mövsümün sonunda butslarını mismardan asacağı gözlənilir. O, İspaniya millisinin heyətində Dünya və Avropa Çempionu olub. Eyni zamanda Almaniya, İspaniya çempionu və klub səviyyəsində bütün beynəlxalq titulların sahibidir.






