Logo

"Arsenal" 11 oyundan sonra yüksəldi

"Arsenal" 11 oyundan sonra yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Premyer Liqasında XV tura start verilib.

Sfera.az xəbər verir ki, günün ilk matçında lider “Arsenal” səfərdə “Aston Villa” ilə qarşılaşıb.

Gərgin keçən matçda azarkeşlər üç qola şahidlik ediblər. “Topçular” bu görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Arsenal” hazırda 33 xalla turnir cədvəlinin ilk sırasında qərarlaşıb. “Aston Villa” isə xalının sayını 30-a yüksəldərək ikinci pilləyə qalxıb.

Əlavə edək ki, lider “Arsenal” 11 oyundan sonra ilk məğlubiyyətini yaşayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR