Logo

"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibinin matçı yarımçıq dayandırılıb

"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibinin matçı yarımçıq dayandırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Niderland çempionatının 14-cü turunda oynanılan "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

Sfera.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydana fişəng və digər alışqan maddələr atması olub.

"Ayaks" klubu bu barədə açıqlama yayıb:

"Bu axşam stadionda baş verənlər qəbuledilməzdir! Bu vəziyyətdən təsirlənən hər kəsdən üzr istəyirik. Stadionda atəşfəşanlıq etmək qadağandır. Məsul şəxslərin müəyyən edilməsi üçün kamera görüntülərini nəzərdən keçirəcəyik".

Görüş dekabrın 2-də azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibidir. Görüş dekabrında 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq./Offsideplus.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR