Logo

"Arsenal" türkiyəli futbolçunu almaq istəyir

"Arsenal" türkiyəli futbolçunu almaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir.

London klubunun nümayəndələri Kenanın meneceri Jorje Mendeşlə görüşüblər. A Seriyası nəhəngi 20 yaşlı ön xətt oyunçusu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 18 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR