“Karvan-Yevlax” “Kəpəz”lə, “Sumqayıt” “Qarabağ”la qarşılaşacaq

"Karvan-Yevlax" "Kəpəz"lə, "Sumqayıt" "Qarabağ"la qarşılaşacaq
Kateqoriya məlum deyil
T

Bu gün Misli Premyer Liqasında 12-ci tura start veriləcək. 

 

Sfera.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq. Əvvəlcə, “Karvan-Yevlax” “Kəpəz”lə qarşılaşacaq.

 

Autsayderlərin görüşü Yevlaxda baş tutacaq. Bu, “Karvan-Yevlax”ın cari mövsümdə öz meydanındakı ilk oyunu olacaq. Digər oyunda isə “Sumqayıt”la “Qarabağ” üz-üzə gələcək. Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla liderliyini qorumağa çalışacaq. “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qəbələ” oyunları sabah, “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” görüşləri isə 23 noyabrda keçiriləcək.


Misli Premyer Liqası

12-ci tur

21 noyabr

“Karvan-Yevlax” – “Kəpəz”


Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

Yevlax şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Qarabağ”

 

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR