Millimiz FIFA reytinqində gerilədi

Millimiz FIFA reytinqində gerilədi
Kateqoriya məlum deyil
T

Azərbaycan millisi FIFA reytinqində dörd pillə geriləyib.

 

Sfera.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.


Komanda əvvəlki siyahıda 1142.25 xalla 123-cü idi.

 

Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində evdə İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1877.18 xal) yer alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR