Azərbaycan gimnastları Avropa çempionatında qızıl medal qazandı

Kateqoriya məlum deyil
T
Azərbaycan gimnastları Avropa üzrə birinci yer tutub.
Sfera.az xəbər verir ki, Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimr Dolmatov Gəncədə keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Yarışdan sonra saytımıza danışan gimnastlar bu qələbəni çox çalışmaq və əzmlə əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, Gəncə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edir. Noyabrın 9-dan 16-dək 17 ölkədən ən güclü gimnastlar ölkəmizə toplaşaraq, kubok uğrunda mübarizə aparacaqlar.
Turnir noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-16 noyabrda isə böyüklər arasında təşkil olunacaq.
Firuzə Əliyeva
Sfera.az










