DÇ-2026-ya növbəti vəsiqələr kimlərin olacaq?

DÇ-2026-ya növbəti vəsiqələr kimlərin olacaq?
Kateqoriya məlum deyil
T

DÇ-2026-nın Avropa zonasında seçmə oyunlar davam edir.

 

Sfera.az xəbər verir ki, bu gün daha 3 qrupda görüşlər baş tutacaq.

 

A qrupunda Almaniya millisi Lüksemburqun qonağı olacaq. Slovakiya isə Şimali İrlandiya ilə üz-üzə gələcək.

 

G qrupunda Niderland səfərdə Polşa ilə qarşılaşacaq."Zambaqlar ölkəsi"nin təmsilçisi qələbə qazanacağı təqdirdə mundiala vəsiqə qazanacaq. Finlandiya isə Maltanın qonağı olacaq.

 

L qrupunda isə azarkeşləri maraqlı qarşılaşma gözləyir. Xorvatiya Farer adalarını qəbul edəcək. Ev sahibləri qələbə qazancağı təqdirdə DÇ-2026-ya yollanacaq. Qonaqların da pley-offdan mundiala yollanmaq şansı var. Bunun üçün onlar qalib gəlməli və istirahət edəcəkləri sonuncu turda isə Çexiyanın Cəbəllütariqlə görüşdə büdrəməsini gözləməlidirlər.

 

DÇ-2026: Avropa zonası
14 noyabr
A qrupu
23:45 Lüksemburq - Almaniya
23:45 Slovakiya - Şimali İrlandiya

 

 

G qrupu
21:00 Malta - Finlandiya
23:45 Niderland - Polşa

 

 

L qrupu
23:45 Xorvatiya - Farer adaları
23:45 Cəbəllütariq - Monteneqro

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR