Logo

“Qarabağ” Azərbaycan derbisinin qalibi oldu

"Qarabağ" Azərbaycan derbisinin qalibi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının “Zəfər turu” çərçivəsində “Qarabağ” və “Neftçi” komandaları arasında Azərbaycan derbisi keçirilib.

Sfera.az xəbər verir ki, “Azersun Arena”da təşkil olunan görüş Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi matçda Toral Bayramovla (50-ci dəqiqə, penaltidən) Kamilo Duran (84) fərqləniblər.

Bununla da Ağdam təmsilçisi xallarının sayını 23-ə çatdıraraq liderliyə yüksəlib. Paytaxt klubu 15 xalla 7-ci sıradadır.

Qeyd edək ki, XII turun oyunları 21-23 noyabrda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR