“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə

"Qarabağ"dan "Çelsi" ilə oyunda qələbə kimi heç-heçə
Kateqoriya məlum deyil
T

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ" və İngiltərənin "Çelsi" kollektivləri üz-üzə gəlib.

 

Sfera.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar.

 

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

 

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Tosin Adarabioyo, Ceyms Qittens, Andrey Santos, Xuan Pedro, Yorrel Hato, Ris Ceyms (k), Tayrik Corj, Estevan Villian, Rameo Lavia

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

 

***

"Qarabağ" - "Çelsi" qarşılaşması başladı.

 

***

"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.

 

***

Andrade 30-cu dəqiqədə hesaba tarazlıq gətirdi: 1-1.

***

Yankoviç görüşün 39-cu dəqiqəsində penalti zərbəsi ilə "Qarabağ"ı hesabda önə keçirdi: 2-1.

***

Qarnaço 53-cü dəqiqədə hesabı 2-2 etdi.

PAYLAŞ