Əliyar Ağayevin idarə etdiyi oyunda “Qarabağ”ın rəqibi qələbə qazandı

Kateqoriya məlum deyil
T
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyunu yekunlaşıb.
Sfera.az xəbər verir ki, azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə ingilislər 3:0 hesabı ilə qalib gəlib.
Ədalət təmsilçimizin rəhbərlik etdiyi matçda qolları 32-ci dəqiqədə Bukayo Saka (penaltidən), eləcə də 46 və 68-ci dəqiqələrdə Mikel Merino vurub.
Əliyar Ağayev qarşılaşma ərzində “Slaviya”nın 3, “Arsenal”ın isə 4 futbolçusuna sarı vərəqə göstərib.






