Tanınmış idmançı faciəvi şəkildə ÖLDÜ

Tanınmış idmançı faciəvi şəkildə ÖLDÜ
Kateqoriya məlum deyil
T

Türkiyənin cənub-qərbində yerləşən Fethiye bölgəsində dəhşətli qəza baş verib.

 

Sfera.az bildirir ki, baş verən paraplan qəzası nəticəsində 37 yaşlı rusiyalı idmançı Vyaçeslav Qribanov faciəvi şəkildə həyatını itirib.

 

Hadisə Babadağ zirvəsində, təxminən 1700 metr yüksəklikdə yaşanıb. Qribanov paraplanla havaya qalxdıqdan sonra naməlum səbəbdən qayalıq əraziyə çırpılıb. 

 

SHOT Telegram kanalının verdiyi məlumata görə, Qribanov Türkiyəyə paraplan təlimi keçmək üçün tələbələri ilə birlikdə səfər edib.

 

O, son paylaşımını uçuşdan təxminən 11 saat əvvəl sosial şəbəkədə edib. Videoda izləyicilərinə yerli mənzərələri göstərərək uçuşa hazırlaşdığını bildirib.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR