"Qarabağ" - "Çelsi" oyununa nə qədər bilet satılıb?
Kateqoriya məlum deyil
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.
Bu barədə Sfera.az-a “Qarabağ” klubundan məlumat verilib.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.






