“Qarabağ” – “Çelsi” matçının biletləri sabah satışa çıxarılacaq

"Qarabağ" – "Çelsi" matçının biletləri sabah satışa çıxarılacaq
Kateqoriya məlum deyil
T
“Qarabağ” “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq.


 

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. 
 

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
 

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:45-də başlayacaq. 
 

Standart biletlərin qiyməti:
 

10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
 

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
 

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR