Messi MLS rekordunu yenilədi

Messi MLS rekordunu yenilədi
Kateqoriya məlum deyil
T

Argentina və “İnter Mayami”nin yarımmüdafiəçisi Lionel Messi Böyük Futbol Liqasında (MLS) rekorda imza atıb.

 

Sfera.az xəbər verir ki, bu haqda “Athlon Sports” məlumat yayıb.

 

Bildirilir ki, şənbə günü, oktyabrın 25-nə keçən gecə Messinin komandası MLS-in adi mövsüm matçında “Nashville”ni 3:1 hesabı ilə məğlub etdi. Messi oyunda iki qol vurub

 

Bu, argentinalının 2025-ci ildə “İnter Mayami” üçün vurduğu 39-cu qoludur. Daha əvvəl heç bir MLS oyunçusu bir təqvim ilində bu qədər qol vurmamışdı. Bundan əvvəlki rekord Denis Buanqa (2023-cü ildə 38 qol) və Karlos Velaya (2019-cu ildə 38 qol) məxsus idi.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR