Elmira Babayeva Dünya Çempionatında gümüş medal qazandı - FOTO
Kateqoriya məlum deyil
Azərbaycanlı idmançı Elmira Babayeva Yunanıstanda keçirilən Şotokan Karate Dünya Çempionatında gümüş medal qazanıb.
Sfera.az xəbər verir ki, Elmira Babayeva, özünün yüksək peşəkarlığı və əzmkarlığı ilə bu nailiyyətə imza atıb.
Qeyd edək ki, 2 aprel 1975-ci il tarixində anadan olan Elmira Babayeva, Şotokan Karate üzrə 15 qat Azərbaycan çempionudur. Elmira Babayeva, həmçinin karate üzrə SKİF versiyası üzrə Avrasiya çempionu (1999, Azərbaycan), WSKF versiyası üzrə ikiqat Avropa çempionu (2004-də Ukrayna və 2005-də Türkiyə) olub.
O, dünya çempionatlarının mükafatçısı (2000-ci ildə İndoneziya, 2007-də Yaponiya) və 2008-ci ildə İsveçdə keçirilən Dünya Kubokunun qalibidir.
Niyaz Hacıyev
Sfera.az







