Ronaldo 1000-ci qolu bu tarixdə vuracaq

Ronaldo 1000-ci qolu bu tarixdə vuracaq
Kateqoriya məlum deyil
T

“Əl-Nəsr” və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun karyerasındakı 1000-ci qolu nə vaxt vuracağı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, "Sky Sports"un ekspertləri ulduz futbolçunun son illərdəki məhsuldarlığına əsaslanaraq hesablamalar aparıb. Həmçinin onun Səudiyyə klubuyla (30 iyun 2027-dək) müqaviləsi və Portuqaliya millisinin 2026-cı il dünya çempionatının final mərhələsində iştirakı da nəzərə alınıb.

 

Ekspertlərin fikrincə, onun 1000-ci qolu 2026-cı ilin oktyabr ayında olacaq. Hazırda 40 yaşlı Ronaldo 948 qol vurub. Bunun 805-i klub səviyyəsində, 143-ü isə millidə reallaşıb. Publika.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR