Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu

Messi MLS tarixində bunu bacaran ilk futbolçu oldu
Kateqoriya məlum deyil
T

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də tarixi rekorda imza atıb.

 

Sfera.az  xəbər verir ki, 38 yaşlı argentinalı əfsanə liqa tarixində ardıcıl 9 çempionat oyununda fərqlənən ilk futbolçu olub. Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

 

“Atlanta”ya qarşı keçirilən oyunda Messi dubl edib və komandasına 4:0 hesablı inamlı qələbə qazandırıb.

 

Argentina futbolçusu 26 qolla MLS-in bombardirlər cədvəlinə başçılıq edir və “Los-Anceles”in qabonlu yarımmüdafiəçisi Deni Buanqadan 2 top (24 qol) irəlidədir.

 

“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 62 xalla üçüncü pillədə qərarlaşıb. Komandanın müntəzəm mövsümdə keçirməli olduğu bir oyun qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR