Millimiz Özbəkistana məğlub oldu

Millimiz Özbəkistana məğlub oldu
Kateqoriya məlum deyil
T

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.


Sfera.az xəbər verir ki U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.
 

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR