Logo

"Real" və Fransa millisi arasında GƏRGİNLİK

"Real" və Fransa millisi arasında GƏRGİNLİK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Real" futbolçusu Kilian Mbappenin Fransa millisinin heyətində Azərbaycanla oyunda (3:0) zədələnməsinə görə narazıdır.

Sfera.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Hücumçu daha əvvəl də ayaq biləyindən zədə almışdı və bu, onu bütün həftə məşqləri dayandırmağına səbəb olmuşdu. Lakin forvard ötən gün Azərbaycanla matçda 80 dəqiqə meydanda olub və daha sonra sıradan çıxıb.

Madrid təmsilçisi isə buna görə Fransa millisinin məşqçilər heyətinə qəzəblənib. Klub 26 yaşlı hücumçunu riskə atmağın lazımsız olduğunu düşünür.

Qeyd edək ki, Mbappe Azərbaycanla görüşdə komandasının ilk qolunun müəllifi olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR