"Qalatasaray" Braziliya millisinin üzvünü almaq istəyir

Kateqoriya məlum deyil
T
PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sfera.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.
İstanbul nəhəngi Beraldonu yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar"ın planı 21 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.
Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında "San Paulo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub./trend.az






