Ronaldonun sərvəti rekord həddə çatıb - MƏBLƏĞ

Ronaldonun sərvəti rekord həddə çatıb - MƏBLƏĞ
Kateqoriya məlum deyil
T

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo sərvəti 1,4 milyard dollar dəyərində qiymətləndirilən ilk futbol milyarderinə çevrilib.

 

Sfera.az bu barədə “Bloomberg”ə istinadla xəbər verir. 

 

Agentlik portuqaliyalı forvardı ilk dəfə sərvətini qiymətləndirdikdən sonra “Bloomberg Milyarderlər İndeksi”nə əlavə edib.

 

“Bloomberg” qeyd edir ki, Ronaldo uzun müddət onun futboldakı əsas rəqibi olan Argentina millisinin üzvü Lionel Messi ilə təxminən eyni qazanırdı, lakin 2023-cü ildə onlar kəskin şəkildə fərqləniblər. Məhz o zaman Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nassr" futbol klubu ilə 200 milyon dollarlıq rekord müqavilə imzalamışdı. İyun ayında uzadılan müqavilənin indi 400 milyon dollardan çox olduğu qiymətləndirilir. 


Messiyə gəlincə, o, 2023-cü ildən ABŞ-nin “İnter Mayami” komandasının üzvüdür. Onun maaşı Ronaldonunki qədər yüksək deyil, lakin o, təqaüdə çıxandan sonra klubda pay qazanmağa hazırdır. “Bloomberg”ə görə, sövdələşmə onu rəqibi ilə bərabələşdirə bilər.

 

Qeyd edək ki, 40 yaşlı Ronaldo beş dəfə UEFA Çempionlar Liqası, UEFA Avropa Çempionatı və iki dəfə Millətlər Liqasının qalibi olub. O, milli futbol komandaları, Avropa çempionatı, Çempionlar Liqası və Klublararası Dünya Çempionatının bombardiridir. Ronaldo həm də tarixdə rəsmi matçlarda 900 qol vuran ilk futbolçudur.

 

Firuzə  Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR