“3 xal önəmli idi” - Qurban Qurbanov

"3 xal önəmli idi" - Qurban Qurbanov
Kateqoriya məlum deyil
T

Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ” evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
 

Sfera.az xəbər verir ki, matçdan sonra baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 

O, komanda üçün bu qələbənin vacib olduğunu qeyd edib:


“Azər Bağırova uğurlar arzulayıram. İlk oyununda meydanda kollektiv göründü. ‘Kəpəz’ə qarşı oynamaq rəqiblər üçün asan olmayacaq. Futbolçuları təbrik edirəm, 3 xal çox önəmli idi. Azarkeşlərimizə təşəkkür edirəm.”


Qurbanov oyunun tempinin aşağı olmasını meydança amili və futbolçuların yorğunluğu ilə izah edib:
 

“Stadionun vəziyyəti oyuna təsir edirdi. Avropadakı oyun sürəti ilə buradakı arasında fərq böyükdür. Futbolçulara 4 gün istirahət verəcəyik.”
 

Baş məşqçi həmçinin milli fasilənin komandaya təsirindən, yeni transfer Kamilo Duranın potensialından və legionerlərin hazırkı formalarından danışıb:
 

“Belə futbolçular komandaya əlavə fayda verir. Hazırda bütün oyunçuların yeri var. ‘Atletik’ə qarşı oyun üçün isə bir neçə gün sonra təhlillərə başlayacağıq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR