"Qarabağ" Azərbaycanın əmsalını daha da artırıb

"Qarabağ" Azərbaycanın əmsalını daha da artırıb
Kateqoriya məlum deyil
T

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

 

Sfera.az-ın məlumatına görə, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

 

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR