“Kopenhagen”in baş məşqçisi: “Qarabağ”ın güclü olduğunu bilirdik

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ"ın güclü olduğunu bilirdik
Kateqoriya məlum deyil
T

“Əvvəldən “Qarabağ”ın güclü olduğunu bilirdik”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra danışarkən deyib.

 

37 yaşlı mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib: “Şanslar 50/50-yə idi. Birinci hissədə xüsusilə rəqib mükəmməl oynadı. İkinci hissədə biz aktiv olduq. Təəssüf ki, şansları dəyərləndirə bilmədik. “Qarabağ” qələbəyə layiq idi. Nəticə də bunu göstərdi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR