"Qarabağ" daha bir tarix yazdı: "Kopenhagen"i məğlub etdi

"Qarabağ" daha bir tarix yazdı: "Kopenhagen"i məğlub etdi
Kateqoriya məlum deyil
T

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. 

 

Sfera.az xəbər verir ki, Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. 

 

Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək. 

 

Matç saat 20:45-də başlayacaq.

 

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 2-ci tur

1 oktyabr 20:45. “Qarabağ” – “Kopenhagen” 

 

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Patrik İnia, Yannik Van Der Laan (Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu.

 

***

 

Komandaların start heyətləri açıqlanıb.

 

“Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Oleksiy Kaşuk, Kamilo Duran 

 

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Heseynov

 

“Kopenhagen”: Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k)

 

Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem

 

***

 

"Qarabağ" - "Kopenhagen" qarşılaşması start götürdü.

 

***

 

Zubir matçın 28-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxartdı: 1-0.

 

***

 

Addai 83-cü dəqiqədə fərqi artırdı: 2-0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR