AFFA prezidenti millimizi TƏBRİK ETDİ

AFFA prezidenti millimizi TƏBRİK ETDİ
Kateqoriya məlum deyil
T

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

 

Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat verilib.
 

Bildirilib ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
 

“Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb. Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib.

 

Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram”.


Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaqlar.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR