“Kopenhagen”lə oyunda “Qarabağ”ın şansı nə qədərdir? - ŞƏRH

"Kopenhagen"lə oyunda "Qarabağ"ın şansı nə qədərdir? - ŞƏRH
Kateqoriya məlum deyil
T

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq və Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. 

 

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 


İdman eksperti Ceyhun Sultanov Sfera.az-a "Qarabağ" - "Kopenhagen" matçı ilə bağlı fikirlərini bölüşüb. O,ümumi qarşılaşma, qalibiyyət ehtimalı ilə bağlı danışıb:

 

 

“Oyun gərgin olacaq. "Kopenhagen" top komandalardan olmasa da, amma çox təhlükəli və dinamik komandadır. Fiziki olaraq güclü və möhkəm komandadır. "Qarabağ" rəqibindən asılı olmayaraq, hər bir komandaya qarşı öz oyununu oynuyur. Düşünürəm ki, bu gün də belə olacaq. Nəticə barədə deyə bilmərəm amma "Qarabağ"a inamım böyükdür. Düşünürəm ki, bu oyundan da başı yuxarı çıxacaqlar və istənilən nəticəni əldə edəcəklər. "Kopenhagen" haqqında çox sözüm yoxdur. Çünki Avropanın top klubu deyil. Amma demək olar, yaxşı komandalardan biridir. Uğurlar arzulayıram. İnşəAllah ki, qələbə bizim olar”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR