Mərziyə Nurmətova finala çıxdı
Kateqoriya məlum deyil
III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
Sfera.az xəbər verir ki, qızların fərdi yarışında tennisçimiz Mərziyə Nurmətova özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər idmançı Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibi Alina İlimbetovaya uduzub - 1:3.






