“Qarabağ” “Qəbələ”yə qalib gəldi


“Qarabağ” “Qəbələ”yə qalib gəldi
Kateqoriya məlum deyil26.09.25, 17:23330 👁️
T

Azərbaycan Premyer Liqasında 6-cı tur start götürüb.

 

Sfera.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

 

“Zirə” Qubada “İmişli”nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra “Zirə” 12 xalla 1-ci, “İmişli” isə 8 xalla 5-cidir.

 

Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.

 

26 sentyabr

 

19:00. “Qarabağ” – “Qəbələ” - 2:0 

 

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3 

 

Qırmızı vərəqə: Prins Ovusu, 1 (“Qəbələ”)

PAYLAŞ
Sehliyali
Yüklənir...