"Qarabağ"ın rəqibi "Çelsi"də ciddi İTKİ


&quot;Qarabağ&quot;ın rəqibi &quot;Çelsi&quot;də ciddi <span style="color:#ff0000">İTKİ</span>
Kateqoriya məlum deyil26.09.25, 12:57246 👁️
T

"Çelsi" klubu önəmli oyunçularından birinin xidmətlərindən üç həftə yararlana bilməyəcək.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska mətbuat konfransında məlumat verib.

 

O bildirib ki, İngiltərə Premyer Liqasının V turunda keçirilən "Mançester Yunayted" - "Çelsi" (2:1) oyununun 21-ci dəqiqəsində zədələnən Kol Palmer üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.

 

Onun qasıq nahiyəsindən zədələndiyi qeyd olunub.

 

Xatırladaq ki, noyabrın 5-də UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" öz meydanında "Çelsi"ni qəbul edəcək. /Oxu.Az

PAYLAŞ
Sehliyali
Yüklənir...