Mahir Emreli niyə oynamır? - Səbəbi bəlli oldu


Mahir Emreli niyə oynamır? - <span style="color:#ff0000">Səbəbi bəlli oldu</span>
Kateqoriya məlum deyil24.09.25, 14:225 👁️
T

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern" klubunun heyətinə düşə bilmir.

 

Komandanın baş məşqçisi Torsten Liberknext bunu belə əsaslandırıb:

 

“Mən həmişə yaxşı çıxışı mükafatlandırmaq istəyirəm. Hazırda Mahirin mütləq oynamalı olduğunu düşünmədim. Komanda hazırda bir dinamika tutub. Belə hallarda arxa planda qalmalı və heyətə qayıtmaq üçün çalışmalısan”.

 

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

 

Xəbərdə eyni zamanda bunlar da qeyd edilib:

 

"Emreli daha öncə əvvəlki klubu "Nürnberq"də də oxşar problemlər yaşamış, komandada bir qədər təcrid olunmuş vəziyyətdə idi. İndi isə bu vəziyyətə sosial mediada yayımladığı üstüörtülü mesajlarla reaksiya verir".

 

Qeyd edək ki, "Kayzerslautern" hazırda 12 xalla Bundesliqa 2-də liderin 1 xal gerisində 2-cidir./Offsideplus.az/

PAYLAŞ
Sehliyali
Yüklənir...