Kilian Mbappe "Real" klubunun heyətində La Liqada vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu geridə qoyub.
Sfera.az-ın məlumatına görə, 26 yaşlı hücumçu buna "Levante"yə qalib gəldikləri VI turunun oyununda dubl etməklə nail olub.
Fransalı hücumçu çempionatdakı 40-cı matçında 38-ci qoluna imza atıb.
Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.