İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu

İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu
Kateqoriya məlum deyil
T

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.

 

O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

 

Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

 

Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR