Logo

Azərbaycanın U-19 millisi Moldovaya qalib gəlib

Azərbaycanın U-19 millisi Moldovaya qalib gəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb.

Sfera.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüşdə millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27, 53) vurub. Qeyd edək ki, bu komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da millimiz 2:0 hesablı qələbə qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR