“Qarabağ”la matçın favoriti bizik” - “Benfika”nın baş məşqçisi

"Qarabağ"la matçın favoriti bizik" - "Benfika"nın baş məşqçisi
Kateqoriya məlum deyil
T

Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Brunu Laje UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan danışıb.

 

Sfera.az xəbər verir ki, o, mətbuat konfransında qələbə qazanmaq istədiklərini bildirib:

 

“Biz evdə oynayırıq və möhtəşəm gecə keçirmək istəyirik. Biz meydanda taktikamızı rəqibə görə dəyişirik. Bu dəfə evdə “Santa Klara” ilə 1:1-lik heç-heçə etdiyimiz matçdan fərqli oynayacağıq. “Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. “Befnika” bu matçın favoritidir. Biz hər oyunda qalib gəlməliyik”. 

 

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR