"Barselona" mövsümün ilk ev oyununda 6 minlik stadionda oynayacaq

"Barselona" mövsümün ilk ev oyununda 6 minlik stadionda oynayacaq
Kateqoriya məlum deyil10.09.25, 09:4634 👁️
T

"Barselona" La Liqanın yeni mövsümündə ilk ev oyununun keçiriləcəyi məkanı açıqlayıb.

 

Sfera.az xəbər verir ki, "Valensiya" ilə görüş 6000 tamaşaçı tutumuna malik Yohan Kroyf stadionunda baş tutacaq.

 

Biletlər bu və növbəti oyunlar üçün son iki mövsümdə abunəçi olmuş azarkeşlər arasında paylanacaq.

 

"Barselona"nın əsas stadionu olan "Kamp Nou"da hazırda yenidənqurma işləri davam edir. Klub bu mövsümdən sözügedən arenada oynamağı planlaşdırsa da, işlərin yubanması planları dəyişib.

PAYLAŞ
Sehliyali
Yüklənir...