Logo

Daha bir boksçusumuz dünya çempionatında 1/4 finala vəsiqə qazandı

Daha bir boksçusumuz dünya çempionatında 1/4 finala vəsiqə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Sfera.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) da bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb. Milli üzvü döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.

Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycanın daha 3 boksçu 1/8 final döyüşünə çıxacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR